Xalq artisti: "20 ildən çoxdur ki, heç bir televiziya verilişinə qatılmıram"

Day.Az представляет новость на азербайджанском языке

Tanınmış aktrisa, xalq artisti Zemfira Nərimanova uzun illərdir ki, heç bir televiziya verilişinə qatılmır. Buna rəğmən aktrisa sevənləri üçün həmişə maraqlıdır. Xalq artisti bunun səbəbini Milli.Az-a bu cür izah edib:

"Tamaşaçılara maraqlı olmağımın səbəbi efirlərə çıxmadığıma görə deyil. Ona görə maraqlıyam ki, sənətimə hər zaman hörmət etmişəm. Bu hörmətin də iki qatını özümə qarşı görmüşəm. Bir aktrisa və insan kimi çox tələbkaram. Özümü sənətdə yox, sənəti özümdə sevirəm. Demək olar ki, 20 ildən çoxdur ki, heç bir televiziya verilişinə qatılmıram. Desəm ki, dəvət etmirlər bu böyük yalan olar. Elə-belə çıxıb özümü göstərməyi, boş-boş dedi-qodu söhbətlərini heç xoşlamıram. Tamaşaçılara mənim sənətim maraqlı olmalıdır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.