Görkəmli rejissor Eldar Quliyevin doğum günüdür

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün məşhur Azərbaycan kinorejissoru Eldar Quliyevin doğum günüdür.
 

Day.Azın Milli.Aza istinadən verdiyi xəbərə görə, görkəmli Azərbaycan kinorejissoru, xalq artisti, professor Eldar Tofiq oğlu Quliyev 18 yanvar 1941-ci ildə Bakıda anadan olub.

1960-1966-ci illərdə Moskvada ÜDKİ-nun rejissorluq fakültəsində təhsil alıb.

Eldar Quliyev 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Kifayət qədər tanınmış bədii və sənədli filmin müəllifidir. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının professorudur.

Eldar Quliyev Azərbaycanın kinorejissoru, ssenari müəllifi, aktyor, filmlərin bədii rəhbəri, Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artisti, "Debüt" studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino kafedrasının professorudur.

Eldar Quliyev, bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın isə atasıdır.