Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi?

Day.Az представляет новость на азербайджанском языке

Corab murdar olubsa, həmin corabla qılınan namaz batildirmi? Bismillahsız kəsilən heyvanın dərisindən düzəldilmiş qayışla namaz qılmaq olarmı?

Day.Az islam.az-a istinadən bildirir ki, namaz qılanın əynindəki paltarların pak olması və nəcasətə bulaşmaması vacib şərtdir. Lakin corab, araqçın, əlcək kimi övrət yerini örtməyən, kiçik ölçülü ikinci dərəcəli geyim növləri istisna edilir. Bunlar murdar materialdan (məsələn, bismilahsız kəsilən heyvanın və ya it, donuz kimi zatən nəcis olan heyvanın dərisindən) hazırlanmayıbsa, sonradan nəcasətə bulaşıbsa, onunla namaz qılmaq olar. Qayışın da hökmü belədir. Amma qayış bismillahsız kəsilən heyvan dərisindən hazırlanıbsa, onunla namaz qılmaq olmaz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.