Binəqədidə “12 Avqust Beynəlxalq Gənclər Günü” münasibətilə tədbir keçirilib

Day.Az представляет новость на азербайджанском языке

Binəqədi rayonunda "12 Avqust Beynəlxalq Gənclər Günü" münasibətilə Gənclər fərqli təşəbbüs ilə çıxış ediblər

Day.Az-ın məlumatına görə, bu gün bir qrup Binəqədi gənci "12 Avqust Beynəlxalq Gənclər Günü" münasibətilə fərqli təşəbbüslə çıxış ediblər. Belə ki, gənclər səhər radələrində 2 Aprel döyüşlərində qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgərləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun məzarlarını ziyarət etmişlər və Binəqədi gəncləri adından şəhidlərin məzarları önünə əklil qoydular.

Daha sonra gənclər şəhidlərin ailələrini ziyarət edərək onların göstərdikləri qəhrəmanlıqlar haqqında söhbət açmışlar. Gənclər şəhidlərimizlə fəxr etdiklərini vurğulamış və bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdirlər. Şəhidlərin valideynləri gənclərin bu təşəbbüsünü yüksək qiymətləndirmiş və gənclərimizi vətənpərvər ruhda böyüməyə səsləndilirilb.

Sonda gənclər tərəfindən ailələrə hədiyyələr təqdim edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.