MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dair protokol təsdiq edilib

"Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" təsdiq edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədə əsasən, 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış "2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş "Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə təsdiq edilib.