Bakıda qəza: maşın aşdı

Day.Az представляет новость на азербайджанском языке

Paytaxtda Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində, dördüncü mikrarayon dairəsində yol qəzası olub.

Day.Az Region TV-yə istinadən xəbər verir ki, "Yol ver" nişanını gözləməyən "Mercedes"in sürücüsü "KİA" markalı maşını vuraraq aşırıb. Hadisə zamanı "KİA"nın sürücüsü və sərnişin xəsarət alıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları gəliblər.

Avtomobillər evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

Videonu izləmək üçün şəkilə klikləyin

Bakıda qəza: maşınlardan biri aşdı

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.