Mingəçevirdə bədbəxt hadisə

Day.Az представляет новость на азербайджанском языке

Mingəçevir şəhərində dönərçini elektrik cərayanı vuraraq öldürüb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin "Sahil parkı" ərazisində yerləşən restoranında baş verib.

Belə ki, restoranda dönərçi işləyən Yevlax rayonunun Aran qəsəbəsinin sakini, 1986-cı il təvəllüdlü Anar Rəhim oğlu Həsənlini elektrik cərəyanı vurub.

İlkin məlumata görə, hadisə elektrik enerjisi ilə çalışan dönər aparatının nasaz olması səbəbindən baş verib. O, dərhal Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, A.Həsənli ailəli olub, 3 azyaşlı uşağı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.