Azərbaycanlı milyarder “Beşiktaş”a üzv ola bilər Day.Az представляет новость на азербайджанском языке.

İranda doğulan Azərbaycan əsilli məşhur iş adamı Rza Zərrabın "Beşiktaş" klubuna üzv olacağı iddia edilib.

Milli.Az modern.az-a istinadən bildirir ki, məşhur müğənni Ebru Gündeşin həyat yoldaşı olan Zərrabın keçdiyimiz günlərdə "Beşiktaş"ın Ümraniyedəki obyektlərini gəzib və klubun prezidenti Fikrət Orman ilə burada yemək yeyib.
 

"Beşiktaş" klubunun digər rəsmisi Ahmet Nur Çebi isə bu məlumata belə reaksiya verib: "Belə bir şeyi ilk dəfə eşidirəm. Daha əvvəl heç bu haqda məlumat almamışdım".