Şok etiraf: iki rahibə uşaqbaz çıxdı

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-da iki qadın illər əvvəl rahibələrin təcavüzünə məruz qaldıqlarını etiraf ediblər. Onların dediklərinə görə, rahibələrdən biri ona spirtli içkilər və narkotik maddələr verərək cinsi əlaqənin "sirlərini" öyrədib.

Milli.Az Daily CBS News-a istinadən bildirir ki, Nyu-Cersi ştatının sakini Triş Kehillin dediyinə görə, 15 yaşı olanda Nyu-Cersidəki Müqəddəs Yelizaveta Şəfqət Bacıları kilsəsində (Sisters of Charity of St. Elizabeth) rahibə Eylin Şouya etirafında keşiş dayısının onunla qəddar davrandığını deyib.

"Şouya dedim ki, hələ 5 yaşım olanda dayım mənə əzab verirdi. Rahibə Eylin mənə yardım etdi, dərdimi dinlədi, ürək-dirək verdi. Sonra isə o, mənə narkotik maddələr və spirtli içkilər verdi, qadınla cinsi əlaqəni "öyrətdi"", - Kehill deyib.

Kehillin sözlərinə görə, Eylin Şounun onunla davranışı barədə kilsə rəhbərliyinə və başqa rahibələrə danışanda qalmaqal qopub. 1994-cü ildə ştatın Kilsə Şurası E.Şounun ailəsinə 70 min dollar ödəyərək onları məhkəməyə şikayət etməkdən vaz keçdirib.

Kilsə Şurasının yaydığı bəyanatda deyilir: "1994-cü ildə bu barədə məlumat alınan kimi məsələyə təcili olaraq baxılıb. Bütün tərəflərlə razılaşdırılmış anlaşma əldə olunub. Hesab edirik ki, "Şəfqət bacıları" kilsəsi məsuliyyətli davranıb".

İbtidai məktəbdə direktor işləyən Eylin Şou vəzifəsindən qovulsa da, o, hələ də rahibədir.

Triş Kehillin sözlərinə görə, 15 yaşında təcavüzə məruz qalması nəticəsində hələ də posttravmatik stress yaşayır, narkotik maddələr və spirtli içkilər qəbul edir.

Ştatdakı kilsələrdən birində rahibə olmuş Meri Dispensa isə baş rahibənin onun dodaqlarından öpdüyünü və "ehtiraslı gecə" təklif etdiyini söyləyib.

Trih Kehill və Meri Dispensa etiraflarını "Din Xadimlərinin Qəddar Davranışına Məruz Qalmışlar Şəbəkəsi"nin (The Survivors Network of Those Abused by Priests, SNAP) ekspertləri ilə söhbətlərində səsləndiriblər.

M.Dispensanın sözlərinə görə, daha bir neçə qadın SNAP-a üz tutaraq keşişlərin və rahiblərin təcavüzünə məruz qaldıqlarını deyiblər.

Katolik din xadimlərinin əxlaqsızlığı ilə bağlı qalmaqallar artıq nadir hadisə deyil.

Ötən ilin dekabrın 13-də Roma Papası 1-ci Franssis katolik kilsəsinin ən nüfuzlu simalarından olan avstraliyalı kardinal Corc Pelli istefaya yollayıb. C.Pell uşaqbazlıqda suçlanır.

Fransada uşaqbazlığa görə 79 yaşlı karlinal Loran Monsenqvo Pasinya istefaya göndərilib, Çilidə isə 85 yaşlı kardinal Fransis Errazuris əxlaqsızlığa görə Kilsə Şurasından qovulub.

Sabiq Roma Papası 16-cı Benedikt 2011-2012-ci illərdə 400 uşaqbaz keşişi kilsədən uzaqlaşdırmışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
İki rahibə uşaqbaz çıxdı