“Taxt-tac oyunları”nın yaradıcıları final epizodunun ssenarisini dərc ediblər

"Taxt-tac oyunları" serialının yaradıcıları final epizodunun ssenarisini dərc ediblər.

AZƏRTAC "Qazeta.Ru"ya istinadla xəbər verir ki, bu barədə məlumatı Esquire yayıb (https://www.esquire.com/entertainment/movies/a28578625/why-did-drogon-burn-the-iron-throne-game-of-thrones-finale/).

Məlumatda seriyanın ən müəmmalı hissələrindən birinin təsviri verilib.

Deyenerisi qəlbinə xəncər sancılmış vəziyyətdə görən əjdaha Droqonun sahibəsini öldürən Con Snounun üstünə deyil, taxtın üstünə alov püskürməsi filmin fanatlarının çoxunu təəccübləndirib. Onlar düşünüblər ki, əjdaha taxtı Deyenerisin ölümünə səbəb olduğuna görə yandırıb. Başqaları hesab ediblər ki, Droqon xəncər və qılınclardan düzəldilən taxt arasında əlaqə tapıb. Lakin ssenaridə deyilir ki, əjdaha qəzəbindən belə hərəkət edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.