https://news.day.az/azerinews/1493824.html
Müəllimlərin sertifikasiya imtahanının ikinci mərhələsinin vaxtı açıqlanıb
Müəllimlərin sertifikasiya imtahanının ikinci mərhələsinin vaxtı açıqlanıb

Təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix barədə məlumatlar yaxın günlərdə müəllimlərin şəxsi kabinetinə göndəriləcək.
Elm və Təhsil Nazirliyindən Day.Az-a verilən məlumata görə, müsahibələr 12-13-14-16-17-19 sentyabr tarixlərində, onlayn formatda təşkil olunacaq.
Müsahibə linki təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.
Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular miq.edu.az saytında və portal.edu.az platformasında mövcuddur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре