https://news.day.az/azerinews/1662297.html
Günəşdə üç güclü partlayış - Maqnit qasırğası gözlənilir
Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar. Day.Az Yenisabah.az-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.
Günəşdə üç güclü partlayış - Maqnit qasırğası gözlənilir
Alimlər mayın 22-də Günəşdə üç güclü partlayış qeydə alıblar.
Day.Az Yenisabah.az-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
Bildirilib ki, partlayışlar rentgen diapazonunda, M səviyyəsində olub və müvafiq olaraq 31, 44 və 21 dəqiqə davam edib.
Xatırladaq ki, Günəş partlayış rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Cari partlayışlar güclü sinfə aid olduğundan Yerdə maqnit qasırğası gözlənilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре