Bakıda müəllim valideynlə mübahisədən sonra ölüb? - Qızından AÇIQLAMA

Bakıda müəllimə ilə valideyn arasında mübahisənin ölümlə nəticələndiyi iddia edilir.
Day.Az Xəzər TV-yə istinadən bildirir ki,hadisə bir neçə gün öncə Xətai rayonu 25 nömrəli məktəbdə baş verib.
İddialara görə, təhsil müəssisəsinin Azərbaycan dili müəlliməsi Xeyransa Karakovanın mübahisə zamanı halı pisləşib və komaya düşüb. O, 2 gün komada qalıb. Ötən gün 55 yaşı olmuş müəllimə bu gün müalicə aldığı xəstəxanada vəfat edib.
Bəs yayılan iddialar nə dərəcədə doğrudur? Dünyasını dəyişən müəllimənin qızı Fidan Karakova "Xəzər Xəbər"ə açıqlamasında dedi ki, anasının səhhəti fevral ayının 21-də səhər saatlarında evdə qəflətən pisləşib:
O, anasının bir neçə gün reanimasiyada qaldığını deyib.
Daha ətraflı videomaterialı təqdim edirik.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре