Piyada zolağından keçən kişini maşın vurub öldürdü

Bakıda piyadanı avtomobil vurub öldürüb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə aprelin 28-də qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Həsənova Sevinc Qələndər qızı "Nissan Note" markalı avtomobili ilə hərəkətdə olarkən piyada zolağında hərəkətdə olan 1953-cü il təvəllüdlü Həsənov Abdülbaği Ağarza oğlunu vurub.

O, aldığı bədən xəsarətlərdən mayın 1-də 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində ölüb.

Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.