ABŞ müdafiə naziri İsrailə səfər etməyi planlaşdırır

ABŞ müdafiə naziri Pit Heqset prezident Donald Trampın Yaxın Şərq səfərindən əvvəl İsrailə səfər etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı İsrail rəsmiləri arasında olan mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, P.Heqsetin mayın 12-də İsrailə gələcəyi gözlənilir. Orada o, həmkarı İsrael Kats, eləcə də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirmək niyyətindədir.

Bundan sonra Pentaqon rəhbərinin Yaxın Şərq turunda Donald Trampa qoşulacağı gözlənilir.