Prezident İlham Əliyevin Cənubi Qafqazdakı reallıqları BMT tribunasından təqdim etməsi xüsusi əhəmiyyətə malikdir

Prezident İlham Əliyev BMT sessiyasınında çıxış edib. Onun çıxışı Cənubi Qafqazdakı reallıqların BMT tribunasından təqdim edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2025-ci il payız sessiyasının ilk plenar iclasında çıxışı zamanı deyib.

Spiker bildirib ki, Prezident İlham Əliyevin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, Böyük Qayıdışa, yenidənqurma işlərinə böyük diqqət yetirilib:

"Azərbaycanın rolu və əhəmiyyəti regionun hüdudlarından çox-çox kənara çıxır. Prezident İlham Əliyevin çıxışında beynəlxalq münasibətlər sistemində yeniliklər edilməsinə çağırış var".