Prezident İlham Əliyev Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Elxan Oqtay oğlu İbrahimov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Elxan İbrahimov 2022-ci ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.