Bakıda SSRİ bayraqları ilə yürüş təşkil etməyə cəhd göstərən şəxslər həbs olunub

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən şəxslər barəsində təqdimatlara baxılıb.

Day.Az xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə Abdulla İbrahimli və İbrahim Əsədli barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Onlara Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham elan olunub.