Bakıda sərnişin avtobusu ağır qəza etdi

Qaradağ rayonunda baş verən ağır avtobus qəzasında ölənlərin kimliyi məlum olub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, ağır qəza nəticəsində avtobusda olan 2 nəfər hadisə yerində ölüb.

Onlardan biri Bəşirov Taleh Üzeyir oğlu adı kişi, biri isə Cənnət adlı qadındır.

Ölən şəxslər Qaradağ rayonu Çeyildağ qəsəbəsinin sakinləridir. 

----------
10:35

Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Qaradağ rayonun ərazisində sərnişindaşıma fəaliyyəti göstərən 122 saylı marşurut qəza edib.

Hadisə Bakı-Qazax magstralının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib. Qaradağ rayonunun Lökbatan-Çeyildağ-Lökbatan istiqamətində hərəkət edən avtobus Sahil qəsəbəsi ərazisində qəza edib.

İlkin məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən iki nəfər ölüb. Bir neçə nəfərin isə yaralandığı bildirilir.