Azərbaycanla bağlı uydurma iddialar beynəlxalq rəyə təsir etmək cəhdidir

Azərbaycan millətinin identikliyi və milli şüuru ilə bağlı iddialara İkinci Vətən müharibəsi tutarlı cavab verib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bu gün Bakıda "Ümumdünya Kitab və Müəllif Hüququ Günü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqazla əlaqələri" mövzusunda konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əgər ermənilər avtoxton əhali olsaydılar, torpaqlar bu cür dağıdılmış və yerlə yeksan olmazdı.

"Azərbaycan anlayışı və onun qədimliyi ilə bağlı onlarla milli və xarici alimlər sübutlar gətirib. İkinci Qarabağ müharibəsi Azərbaycan millətinin identikliyi və milli şüuru ilə bağlı iddialara tutarlı cavab verib.".

O əlavə edib ki, hay-erməni saxtakarlıqları və uydurmaları yalnız hay-ermənilərin tarixinə aid deyil:

"Hay-erməni təbliğat qrupu qonşu xalqların, o cümlədən Azərbaycan xalqının tarixini və irsini təhrif etməkdən çəkinmir".