https://news.day.az/azerinews/1829777.html Quş qripi səbəbilə 230 min toyuq məhv edilib Yaponiyanın şimalında yerləşən Aomori prefekturası ərazisində quş qripi yayılması qeydə alındıqdan sonra təxminən 230 min toyuğun məhv edilməsinə başlanılıb. Day.Az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

Quş qripi səbəbilə 230 min toyuq məhv edilib

Azərbaycanca, 23 апреля 2026 10:56 (UTC +04:00) 272
Quş qripi səbəbilə 230 min toyuq məhv edilib

Yaponiyanın şimalında yerləşən Aomori prefekturası ərazisində quş qripi yayılması qeydə alındıqdan sonra təxminən 230 min toyuğun məhv edilməsinə başlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Kyodo News məlumat yayıb.

İnfeksiyanın yayılmasının qarşısını almaq üçün 32 quşçuluq təsərrüfatının ətrafında 10 kilometrlik karantin zonaları tətbiq olunub. Yerli hakimiyyət orqanları və mütəxəssislər xəstəliyin daha geniş yayılmasından və bunun iqtisadi təsirlərindən narahatdır.

Qeyd olunur ki, 2023-cü ildə baş verən oxşar epidemiya ölkədə yumurta qiymətlərinin kəskin artmasına səbəb olmuşdu. Həmin dövrdə qiymətlər 76% bahalaşmış, Tokio daxil olmaqla bəzi bölgələrdə yumurta qıtlığı yaranmışdı.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости