https://news.day.az/azerinews/1830123.html
Baş nazir Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Aprelin 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb. Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Aprelin 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Gürcüstanın fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.
Bu barədə Day.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, Ə.Əsədov iki ölkə arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsi təqdir edilib, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре