https://news.day.az/azerinews/1831575.html Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - FOTO Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib - FOTO

Azərbaycanca, 1 мая 2026 11:28 (UTC +04:00) 344
Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib

Lətifov Hacı Məhəmmədoviç Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

Day.Az xəbər verir ki, təcrübəli cərrah Hacı Lətifov 1997-1998-ci illərdə 1 saylı şəhər klinik xəstəxanasında Ümumi cərrahiyyə şöbəsində internaturanı tamamladıqdan sonra, 1998-2019-cu illərdə həmin xəstəxanasının Cərrahiyyə şöbəsində ümumi cərrah kimi fəaliyyət göstərib.

2019-2023-cü illərdə Medistyle Hospitalda ümumi cərrah, 2023-2025-ci illərdə isə Yeni Klinikada ümumi cərrah olaraq fəaliyyət göstərib. 13.01.2025-ci il tarixindən hazırkı təyinatınadək Zaqatala Rayon Mərkəzi Xəstəxanasında direktorun cərrahi xidmətlər üzrə müavini vəzifəsində çalışıb.

H.Lətifov 2007-ci ildə Rusiyada "Diaqnostika laparoskopiya, Operativ laparoskopiya" üzrə ixtisasartırma akademiyasını, 2008 və 2009-cu illərdə Almaniyanın Humbolt Kliniki Mərkəzində keçirilən kursları, 2014-cü ildə Hindistanın "Galaxy Care" Laparoskopiya İnstitunda "Laparoskopiya və Laparoskopik Ginekoloji Onkologiya" kursunu tamamlayıb.

  • Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
  • Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости