Yeni Şəhər Gündəliyi üzrə yekun bəyannamədə WUF13 iştirakçılarının fikirləri nəzərə alınmalıdır - Kşiştof Şerski
Yeni Şəhər Gündəliyi üzrə yekun bəyannamədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) iştirakçılarının fikirləri nəzərə alınmalıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Polşanın BMT-dəki daimi nümayəndəsi Kşiştof Şerski WUF13 çərçivəsində keçirilən assambleyaların birgə bağlanışında çıxışı zamanı deyib.
"Mənim üçün Ümumdünya Şəhərsalma Forumunun hazırkı sessiyası çərçivəsində çağırılmış birgə assambleyaların müzakirələrində şəxsən iştirak etmək böyük şərəf idi. Müzakirələrin nə dərəcədə konkret təkliflərlə zəngin olmasına heyranam. Həmçinin dayanıqlı urbanizasiyanın təşviqinə yönəlmiş hər bir assambleyanın fəaliyyətini xüsusi qeyd etmək istəyirəm.
Nyu-Yorkda aparılan hökumətlərarası prosesin qlobal öhdəliklərin nəzərdən keçirilməsi və icrasının sürətləndirilməsi üçün səlahiyyəti olsa da, biz müxtəlif maraqlı tərəflərə bu öhdəliklərin yerli səviyyədə konkret fəaliyyətə necə çevrilməsi ilə bağlı tövsiyələr üçün müraciət edirik", - deyə o bildirib.
Şerski qeyd edib ki, Yeni Şəhər Gündəliyinin icmalı üzrə yekun siyasi bəyannaməyə gətirib çıxaracaq müzakirələr və danışıqlar, WUF13-də səsləndirilən fikir və mövqeləri əks etdirməlidir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре