https://news.day.az/azerinews/1837301.html Bayram günləri ilə əlaqədar sürücülərə MÜRACİƏT Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb. Bu barədə Day.Az-a idarənin mətbuat xidmətindən məlumat verilib.

Bayram günləri ilə əlaqədar sürücülərə MÜRACİƏT

Azərbaycanca, 26 мая 2026 10:08 (UTC +04:00) 247
Bayram günləri ilə əlaqədar sürücülərə

Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ölkə ərazisində hərəkət intensivliyinin artacağını nəzərə alaraq, bütün hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.

Bu barədə Day.Az-a idarənin mətbuat xidmətindən məlumat verilib.

Müraciətdə qeyd olunub ki, paytaxtı tərk edərək bölgələrə üz tutan sürücülər nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə idarə etməli, sürət həddinə ciddi riayət etməli və yorğun halda sükan arxasına əyləşməməlidirlər. Bildirilib ki, uzun məsafəli səfərlər zamanı diqqətin azalması ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə ötmə və manevr qaydalarına əməl etməyi, təhlükəli davranışlardan çəkinməyi və digər hərəkət iştirakçılarına qarşı diqqətli olmağı tövsiyə edib.

Qurum piyadalara da müraciət edərək yolları yalnız müəyyən olunmuş yerlərdən keçməyə, xüsusilə intensiv hərəkət olan yollarda öz həyatlarını riskə atmamağa çağırıb.

Unutmayaq ki, təhlükəsiz yol - ən gözəl bayram hədiyyəsidir. Bayram sevincinizi qorumaq isə sizin düzgün seçimlərinizdən asılıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости