https://news.day.az/azerinews/1837466.html Oman sahillərində tankerə hücum olub Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində yanacağın bir hissəsi dənizə sızıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

Oman sahillərində tankerə hücum olub

Azərbaycanca, 26 мая 2026 17:31 (UTC +04:00) 275
Oman sahillərində tankerə hücum olub

Oman sahillərində tankerə hücum olub, zədələnmə nəticəsində yanacağın bir hissəsi dənizə sızıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Gəmiçiliyi Əlaqələndirmə Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO-ya Omanın, Muskat şəhərində 60 dəniz mili şərqdə baş vermiş insidentlə bağlı məlumat daxil olub. Tankerin kapitanı xəbər verib ki, su sərhədi yaxınlığında gəminin sol bortunun arxa hissəsində xaricdən partlayış baş verib",-deyə məlumatda qeyd olunur.

Ekipaj üzvlərinin və gəminin hazırda təhlükəsizlikdə olduğu bildirilsə də, bunker yanacağın bir hissəsinin dənizə axdığı qeyd olunur.

İnsidentlə bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости