Bu kənddə dəmirçilik və misgərlik hələ də yaşadılır

Day.Az представляет новость на азербайджанском языке

Emalatxanalarda müxtəlif məişət əşyaları hazırlayır, yaxınlıqdakı dükanlarda da satışa çıxarırlar.

Day.Az bildirir ki, görüntülər Şamaxının Dəmirçi kəndindəndir. Rayonun ən qədim kəndlərindən biri olan Dəmirçinin tarixi XV əsrə gedib çıxır. Qədimdə adı Güneyçay olan kənddə dəmirçilik sənəti geniş yayıldığından sonralar buraya Dəmirçi adı verilib. Kəndə hələdə öz dədə-babalarının sənətini davam etdirən bir neçə dəmirçi var. Ötən illərə qədər hər kəs öz evində kiçik bir otaqda bu sənəti yaşdırdısa, hazırda onlar üçün tikilən emalatxanlarda bu işi davam etdirirlər. Kənddə aparılan yendənqurma və bərpa işləri çərçivəsində burda fəaliyyət göstərən nalbənd, misgər və dəmirçilər üçün emalatxanalar inşa edilib.

Saatlarca döyülən dəmir müxtəlif formalara salınır və balta,bıçaq, dəhrə kimi alətlər hazırlanır.

Burada turistlərə müxtəlif suvenirlər və əl işləri də təqdim olunur.

Kənddəki tarixi məscid də yenidən bərpa edilib. Ərazidə inşa edilən ictimai iaşə obyektləri də kəndə gələn qonaqlara xidmət göstərəcək. /xezerxeber.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu kənddə dəmirçilik və misgərlik hələ də yaşadılır