Sevil-Sevinc bacıları qaçırıldı - VIDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Müğənni Sevil-Sevinc bacıları filmə çəkilib. Onlar rejissor Rüfət Şahbazovun "Qız qaçırtma"adlı filmində ekran qarşısına keçiblər.
Yenicag.az-a açıqlama verən rejissor filmin komik janrda olduğunu, bacıların bir səhnədə qaçırıldığını deyib:
"Qız qaçırtma" mənim ilk filmimdir. Filmi action komediya janrında çəkmişik. Ekran işinin ssenarisini Fariz Əliyev, Kənan Yusif və Süleyman Süleymanzadə yazıb. Aktyorlar Fərda Amin, Elşən Hacıbabayev və Kənan Yusifin baş rolda olduğu filmdə xalq artisti Hacı İsmayılov, müğənnilər Sevil-Sevinc bacıları, Damla, Taleh Yüzbəyov və Əlibəy Məmmədli çəkilib. Məqsədimiz təkcə insanları güldürmək yox, həm də həyəcanlandırıb, duyğulandırmaqdır".
Qeyd edək ki, film dekabrın 21-də tamaşaçılara təqdim olunacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре