Millət vəkili Nizami Səfərov Qazaxıstan səfirliyində olub və başsağlığı verib - FOTO
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın tapşırığına əsasən Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun rəhbəri Nizami Səfərov və qrupun üzvləri deputatlar Aydın Hüseynov və Göydəniz Qəhrəmanov dekabrın 27-də Qazaxıstan Respublikasının Bakıdakı səfirliyində olublar.
Day.Az xəbər verir ki, bu barədə Millət vəkili Nizami Səfərov "Facebook" hesabında etdiyi paylaşımda bildirib.
""Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus hava gəmisinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə bağlı həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verərək və yaralıların tezliklə sağalmalarını arzulayaraq, bu barədə səfirlikdə açılan matəm kitabına ürək sözlərimiz qeyd edildi. Həmçinin Qazaxıstan tərəfinin baş verən faciənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılmasının vacilibliyi xüsusi olaraq vurğulandı.
Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə qörüş zamanı xilasetmə işlərinin operativ şəkildə aparılması və bütün zəruri tədbirlərin həyata keçirilməsinə görə Qazaxıstanın müvafiq dövlət qurumlarına minnətdarlıq bildirildi".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре