“Atam bir şeytandır” — İlon Maskdan ŞOK AÇIQLAMA
Day.Az представляет новость на азербайджанском языке
"SpaceX" və "Tesla" şirkətlərinin sahibi, iş adamı İlon Mask "Rolling Stones jurnalına müsahibə verib.
"Ölkə.Az" xəbər verir ki, İlon müsahibəsində atasının şeytan qədər pisniyyət insan olduğunu bildirib.
Mask Cənubi Afrikada yaşayan 72 yaşlı atası haqqında deyib:
"Mənim atam şeytanın özüdür. O, ağlınıza gətirə biləcəyiniz hər pisliyi etmiş adamdır. O qədər pis adamdır ki, inana bilməzsiniz".
Pəhriz və modelliyə başı qarışan anasının onunla maraqlanmadığını bildirən Mask deyib:
"Məni atam və anamdan daha çox kitablar, əsasən də İsak Asimovun kitabları böyüdüb".
Mədən sənayesi və inşaat sektoru ilə məşğul olan və 30 yaşına qədər milyonçu olan Errol Mask isə oğluna cavab verib.
Həyatında etdiyi ən böyük pisliyin evinə girən 6 nəfərin 3-ünü silahla vurub öldürdüyünü deyən Errol oğlunun açıqlaması ilə bağlı deyib:
"3 nəfəri öldürdüm. Amma məhkəmə müdafiə üçün belə yola əl atdığım üçün mənə bəraət verdi. İşlərim çox olduğu üçün övladlarımla maraqlana bilməmişəm. Amma İlon artıq böyüməlidir. Özünü şıltaq uşaq kimi aparır. İstədiyini ala bilmədiyi üçün indi mənə şeytan deyir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре