Bakıda motosiklet oğrusu kameraya düşdü - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Bakıda maraqlı bir oğurluq olub. Motosikletin açarının üstündə olduğunu görən naməlum şəxs onu oğurlayıb. Hadisə ərazidəki müşahidə kamerasına da düşüb.
Day.Az xezerxeber.com-a istinadən bildirir ki, motosikletə əyləşib əvvəlcə ayağını yerə vuraraq onu kənara çəkir. Daha sonra motosikletin mühərrikini işə salıb ərazidən uzaqlaşır.
Maraqlı oğurluq Bakıda baş verib. Məlumatına görə, parkinq edilmiş motosikletin üzərində açarın qaldığını görən şəxs nəqliyyat vasitəsini oğurlamaq qərarına gəlib.
Müşahidə kamerasının onu çəkdiyindən xəbərsiz motosikletə əyləşən şəxs dərhal hadisə yerindən uzaqlaşıb. Görüntülərdən də aydın olduğu kimi oğru əvvəlcə ətrafa boylanır, daha sonra heç nə olmamış kimi motosikletə əyləşərək ərazini tərk edir.
Diqqət çəkən başqa bir məqam isə oğrunun motosikleti peşəkar şəkildə idarə etməsidir. İndi paytaxt polisi sürücünün şikayəti və həmin görüntü əsasında motosikleti və oğrunu axtarır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре