Cəfəri və şüyüd xərçəngə qarşı - YENİ KƏŞF
Day.Az представляет новость на азербайджанском языке
Moskva alimləri cəfəri və şüyüdün toxumlarında xərçəng hüceyrələrinin inkişafını effektli şəkildə ləngidən maddəni aşkar ediblər. Day.Az saglamolun.az-a istinadən bildirir ki, bu maddə "qlaziovianin A" adlanır.
Qlaziovianin A-nın təsiri bir çox müxtəlif xərçəng hüceyrələrində test olunub və müsbət nəticələr verib. Məlum olub ki, maddə ən təhlükəli xərçəng növü olan melanomaya (dəri xərçəngi) qarşı çox effektlidir.
Alimlər araşdırmaları davam etdirmək niyyətindədir, insanlara isə profilaktik məqsədi ilə tez-tez cəfəri və şüyüdü yeməyi, onların toxumlarından dəmləmələr içməyi tövsiyə edirlər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре