Bakıda avtobus sürücüləri odla oynayır - VİDEO
Day.Az представляет новость на азербайджанском языке.
Adətən tıxaclarda sürücülər alternativ yollar axtarırlar. Bu bəzən ara yollar, bəzən məhəllər, bəzən də hətta yanacaqdoldurma məntəqələrinin içi olur. Daha da təhlükəlisi budur ki, sərnişin daşıyan ictimai nəqliyyat vasitələri də bunu edir.
Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, yanacaqdoldurma məntəqəsi ərazisindən alternativ yol kimi istifadə edirlər.Özüdə içərisi sərnişinlə dolu avtobusla . Paytaxtın Binəqədi rayonu Şamaxinka adlanan ərazidə yerləşən bu yanacaqdoldurma məntəqəsinin ərazisi Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobus sürücülərinin alternativ yoluna çevrilib.
Bəziləri avtobus sürücülər nəyin ki yacaqdoldurma məntəqəsinin içindən keçir. Hətta burada sərnişinləri düşürdür. Bu cür sürücülər Yol Hərəkəti Haqqında qanunun tələblərini pozmaqla yanaşı sərnişinlərin də həyatını təhlükəyə atırlar.
Məsələ ilə bağlı buna nəzarət etməli olan qurumun Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinində mövqeyini öyrəndik. Qurumun sözçüsü Şəfa Mehmanqızı bildirdi ki, elə günü sabahdan məsələ ilə bağlı araşdırmalar aparılaraq və həmin sürücülər barəsində cəza tədbiri görüləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре