https://news.day.az/sport/612286.html
Bakıda dağ velosipedi yarışları keçiriləcək
Yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər Sabah Dağ Velosipedi Parkında (Xocahəsən) Açıq Federasiya Kubokunun 2-ci mərhələsi keçiriləcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ildəki təqvim planına uyğun olaraq keçiriləcək yarışda peşəkar idmançılarla yanaşı, həvəskar dağ velosipedçiləri də iştirak edə bilər.
Reqlamentə əsasən, Elit və U-23 yaş kateqoriyasında mübarizə aparacaq iştirakçılar 2.1 km-lik marşrut boyunca 7, gənclər və U-17 yaş qrupunun velosipedçiləri 4, 15 yaşadək olan idmançılar isə 3 dövrə vurmalıdırlar.
Beynəlxalq Velosipedçilər İttifaqının qaydalarına əsasən təşkil ediləcək yarışın qeydiyyat prosesi saat 09:00-da başlanacaq. Azərbaycan Velosiped İdmanı Federasiyası yarışda özünü sınamaq istəyən həvəskar dağ velosipedçilərini də Açıq Federasiya Kubokunun 2-ci mərhələsinə dəvət edir.
Baş geyimi və velosipedi olan həvəskarlar qeydiyyat üçün şəxsiyyətlərini təsdiq edən sənədi özləri ilə gətirməlidirlər.
Fərqlənən idmançılar yığma komandanın heyətinə cəlb ediləcək.
Ucnoqta.az

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре