Azərbaycanda naməlum heyvan sakinləri təşvişə salıb

Day.Az представляет новость на азербайджанском языке

Zərdabın Yarməmmədbağı kəndində naməlum heyvan peyda olub. Day.Az xezerxeber.az-a istinadən bildirir ki, naməlum heyvan sakinləri təşvişə salıb.

Sakinlərin sözlərinə görə, kənddəki evlərdən birində uzun müddətdir ki, yaşayış yoxdur. Kəndliləri qorxuya salan heyvan da məhz həmin həyətdə yaşayır. Naməlum heyvan həyətdə kiçik tunellər qazır.

Heyvan bir neçə dəfə sakinlərin qarşısına çıxaraq onları qorxudub. Lakin onun hansı növə aid olduğunu müəyyən etmək mümkün olmayıb.

Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara da müraciət ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda naməlum heyvan sakinləri təşvişə salıb