Ali Baş Komandanımızın siyasəti nəticəsində Azərbaycan daha da güclüdür

Ali Baş Komandanımızın daxili və xarici siyasəti nəticəsində Azərbaycan indi daha da güclüdür.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Şuşa sakini Yusifzadə Zaur deyib.

Onun sözlərinə görə, Azərbaycan çoxəsrlik tarixində bu qədər güclü olmamışdı. Allah Prezidentimizi, Sərkərdəmizi qorusun.

"11 yaşında Şuşadan çıxmışam. İndi isə 43 yaşında Şuşaya qayıdıram. Hazırda uşaqlıq xatirələrim qalıb. Şuşanın azad edilməsi xəbərini eşidən kimi sanki yenidən dünyaya gəldim. Həyatımda bu qədər sevinməmişdim", - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Beləliklə, indiyədək Şuşa şəhərinə 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.