“Google” azad olunmuş ərazilərin erməni dilində olan toponimlərini

"Google" xəritə proqramına Azərbaycandan daxil olanda məkanlar bir dildə, başqa ölkədən daxil olduqda isə həm Azərbaycan, həm də erməni dilində yazılır.

Day.Az xəbər verir ki, söhbət işğaldan azad olunmuş ərazilərdən gedir.

"Google Maps"  işğaldan azad edilmiş ərazi adlarını Azərbaycandan başqa bütün ölkələrdə paralel erməni toponimləri ilə yazır. İşğaldan azad olunmuş əraziləri xəritədə axtaran əksər xarici istifadəçi bu problemlə qarşılaşır.

Texnobloger Fərid Pərdəşünas deyir ki, mövcud problemlə bağlı "Google" şirkətinə dəfələrlə müraciət edilib. Lakin şirkətdən bildirilib ki, həmin ərazilərdə olan digər xalqlar da nəzərə alınmalıdır.

Faktiki olaraq isə, Laçında, Şuşada, Füzulidə hazırda yaşayanlar elə azərbaycanlılardır.

"Bu reallığı heç bir qüvvə dəyişə bilməyəcək"

Ekspertlər  hesab edir ki, "Google" da gec-tez Azərbaycan həqiqətlərini qəbul edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.