"BakuBus" sürücülərin maaşları artırılıb, əlavə işçi axtarılır

Day.Az представляет новость на азербайджанском языке

"BakuBus" MMC sürücü vəzifəsinə növbəti işə qəbul elan edib.

Bakı Nəqliyyat Agentliyindən Day.Az-a verilən məlumata görə, iş üçün "D" kateqoriyalı sürücülük vəsiqəsi olan vətəndaşlar "BakuBus" MMC-yə müraciət edə bilərlər.

Vətəndaşlara işə qəbul barədə ətraflı məlumat almaq üçün (012) 404-11-10 telefon nömrəsinə zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, dekabrın 1-dən "BakuBus" MMC-də çalışan sürücülərin aylıq əmək haqları orta hesabla 10 faiz artırılıb. Məqsəd, sürücülərin maddi rifah halını daha da yaxşılaşdırmaq, həmçinin, onların işə daha məsuliyyətlə yanaşmasına nail olmaq və avtobuslarda əhaliyə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltməkdən ibarətdir.

Sürücülər "BakuBus" MMC-də gün ərzində növbəli iş qrafiki üzrə çalışırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.