Ermənistanın vəhşiliyinə CAVAB

Prezident İlham Əliyevin üç gün əvvəl Bakıda açılışını etdiyi Hərbi Qənimətlər Parkı Ordumuzun güc və qüdrətinin əyani təzahürü olmaqla yanaşı, revanşist qüvvələrə, gözü başqalarının torpaqlarında olanlara işğalın, vandalizmin, insanlıq əleyhinə cinayətlərin aqibətini göstərən mesajdır. 

Hər kəsə gün kimi aydındır ki, Ermənistan 44 günlük müharibənin məğlub tərəfdir və onun silahlı qüvvələri hələ uzun illər özünə gələ bilməyəcək. Bu gün ara-sıra verilən müharibə bəyanatları revanş hissi ilə yaşayan ermənilərə müsbət heç nə vəd etmir. Dövlət başçısı son çıxışlarında da "Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək". 

Tarix nəticə çıxarmaq üçün böyük məktəbdir. Ermənilərin misilsiz cinayətlərinin ən bariz nümunəsi olan 5 hektarlıq bu ərazinin hər daşı isə bir tarixdir. Ermənistan 44 günlük müharibədə üzləşdiyi ağır məğlubiyyətin səbəblərini təhlil etməli və düzgün qənaətə gəlməlidir. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər ki, dəmir yumruq yerindədir, lazım olarsa, Ermənistan adlı dövlətin varlığına əbədi son qoyula bilər.

Erməni hərbiçilərinin Parka nümayiş etdirilən boş qalmış papaqları onlar üçün əsl subliminal mesaj olmalıdır. Lakin təəssüf ki, Hərbi Qənimətlər Parkındakı sözügedən mənzərəyə görə bu gün içimizdə ermənidən çox narahat olanlara rast gəlinir. İşğal dövründə minlərlə qız-gəlini əsir alıb başlarına min cür oyunlar açan, körpələrimizi süngüyə çəkib diri-diri dərilərini soyub necə öldüklərinə baxaraq həzz alan, 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini məhv edən təcavüzkar Ermənistana qarşı içinizdəki bu sevda hardandı?

İki gündür boş qalan dəbilqələr 5-10 "sülh göyərçin"inin kefinə necə soğan doğrayıbsa, özlərinə gələ bilmirlər. yaman əl-ayağa düşüb. Belələrinə nə ad vermək olar? - "qrabitel", "tufeyli"... Amma bu mənzərəni 44 günlük müharibədən məğlub ayrılan xalqın nümayəndələri heç cür həzm edə bilməz axı. Hə, onu da bildirim ki, dünyada mövcud olan bütün hərbi qənimətlər muzeyində (və ya parklarda) ələ keçirlimiş hərbi geyimlər, o cümlədən kaskalar nümayiş etdirilir. Özü də bu kaskaların çoxu dəlmə-deşik olunmuş dəbilqələrdir. Bizim muzeydəkilərin isə salamat dəbilqələr olduğunu nəzərə alsaq belə bir nəticə çıxır ki, Bakıdakı dəbilqələr ölmüş ermənilərin yox, dəbilqəsini (papağını) qoyub qaçan fərari erməni hərbiçilərinin kaskalarıdır. Yeri gəlmişkən Nikol Paşinyana istinad etsək onu da deməliyəm ki, II Qarabağ müharibəsi zamanı 10 mindən çox erməni hərbiçisi fərarilik edib. 

Xocalı soyqrımı

Düşünürəm ki, erməni ordusunu və onun şəxsi heyətini layiq olduğu səviyyəyə qədər alçaltmaq üçün Hərbi Qənimətlər Parkından yaxşı ideya ola bilməzdi. Bu düşmən ordusuna əhəmiyyətli və sarsıdıcı mənəvi zərbədir. Bu zərbəni düşmən əsrlər boyu unutmayacaq. Bəlkə belə olduğu halda kimin ərazisinə torpaq iddiası etdikləri gözlərinin önünə gəlib səksəkə, qorxu hissi ilə keçmişlərini xatırlayıb əsassız istəklərdən çəkinərlər. 

Çünki erməni vandalizmi insanlığa qarşı cinayətdir. Törədikləri vəhşiliklər dəhşətlidir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Çünki görürük ki, erməni faşaizminə haqq qazandıran qüvvələr, dövlətlər, dövlət başçıları, diplomatlar hələ də var. Hərbi Qənimətlər Parkı II Qarabağ savaşında qazanılan zəfərin strateji çəkisini nümayiş etdirən tarixi-memarlıq və qəhrəmanlıq kompleksi kimi yaddaşda qalmalıdır ki, Azərbaycanın düşmənlərinə gözdağı olsun. 

Müharibənin gedişində Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən, ATƏT-in Minsk Qrupunun həmsədr üzvü olaraq Ermənistanın 30 illik işğalına açıq dəstək nümayiş etdirərək əsl simalarını, xislətlərini ortaya qoyan Fransanı Hərbi Qənimətlər Parkı yenidən narahat etməyə başlayıb. Erməni lobbisinin təsiri altında olan Fransanın ermənistandakı səfirinin manipulyasiya cəhdləri belə düşünməyimizə əsas verir. Fransa səfirlərinin Ermənistanın məğlubiyyətini "ləyaqətli məğlubiyyət" adlandırmasını ancaq belə təsvir etmək olar. Görünür, Fransa səfirinin ləyaqət anlayışı fərqlidir.

Fransanın Ermənistandakı səfiri öz ölkəsinin əlcəzairli döyüşçülərin kəllələrini qaytarması üçün çalışsın, sonra Bakıdakı erməni işğalçılarının dəbilqələri barədə danışar. Şəkillər Fransanın "l'Homme on Place du Trocadéro'da" muzeyində nümayiş etdirilən 18.000 qənimət kəllə eksponatından bir neçəsidir.

Əlcəzairlə Fransa hələ də müzeydə nümayiş olunan əlcəzairli döyüşçülərin kəllələrinin geri qaytarılması üçün danışıqlar aparır. Danışıqlar nəticəsində bu vaxta kimi 3000 dən çox qənimət kəllədən cəmi 24-ü geri qaytarılıb.

Təhməz Əsədov