Bakıda mebel sexində partlayış - Əraziyə 15 təcili yardım briqadası CƏLB OLUNDU - VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub.
TƏBİB-dən Day.Az-a bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub.
xxx
12:11
Paytaxtın 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib.
Day.Az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb.
Məlumata görə, hadisə bir neçə dəqiqə öncə baş verib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре