Lüksemburqun Böyük Hersoqu Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Lüksemburqun Böyük Hersoqu Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə şəxsi rifah, Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıqla bağlı ən xoş arzularımı bildirirəm".