https://news.day.az/azerinews/1749529.html
Xocalı şəhəri içməli su ilə necə təmin edilir? - AÇIQLAMA
Xocalı şəhərinin əhalisi içməli su ilə şəhər ərazisində olan 2 subartezian quyu və Badara kəndindən çəkilmiş magistral su kəməri ilə təmin olunur. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Xocalı şəhəri içməli su ilə necə təmin edilir? - AÇIQLAMA

Xocalı şəhərinin əhalisi içməli su ilə şəhər ərazisində olan 2 subartezian quyu və Badara kəndindən çəkilmiş magistral su kəməri ilə təmin olunur.
Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Badara kəndindən gələn su 2 ədəd 500 kubmetrlik su anbarına yığılır və özüaxımı ilə əhaliyə çatdırılır.
"Subartezian suyu xlorator qurğusu ilə təmizlənir əhaliyə çatdırılır. Əhali 24 saat keyfiyyətli içməli su ilə təmin olunur",-deyə məlumatda qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре