Bakıda “Prius” ağır qəza törətdi - Ölən və yaralananlar var

Mayın 3-də saat 16:15 radələrində paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Elçin İsmayılovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil 1990-cı il təvəllüdlü Anar Kəlpəliyevin sürdüyü "KamAZ"a çırpılıb.
Nəticədə "Prius"un sürücüsü E.İsmayılov və həmin maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
C.Dəmirqayayev yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətdən mayın 5-də xəstəxanada vəfat edib.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре