https://news.day.az/azerinews/1778722.html
Yaponiyanın baş naziri istefa vermək qərarına gəlib
Yaponiyanın baş naziri Şiqeru İşiba istefa vermək niyyətindədir. Day.Az-ın məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib. Qeyd edilib ki, o, rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında parçalanmanın qarşısını almaq üçün bu qərarı verib.
Yaponiyanın baş naziri istefa vermək qərarına gəlib

Yaponiyanın baş naziri Şiqeru İşiba istefa vermək niyyətindədir.
Day.Az-ın məlumatına görə, bu barədə "NHK" televiziya kanalı xəbər verib.
Qeyd edilib ki, o, rəhbərlik etdiyi hakim Liberal Demokrat Partiyasında parçalanmanın qarşısını almaq üçün bu qərarı verib.
Bazar ertəsi partiya sədrinə növbədənkənar seçkilərin keçirilməsi məsələsi ilə bağlı bütün hazırkı LDP deputatları və bölgə partiya təşkilatlarının nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə yekun vurulmalı idi. İyulda keçirilən parlament seçkilərinin uğursuzluğundan sonra partiyada bir çox insan İşibanın istefasını tələb edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре