https://news.day.az/azerinews/1778948.html Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur Londonda alimlər süni intellektlə işləyən yeni stetoskop hazırlayıblar. Bu cihaz cəmi 15 saniyəyə ürək çatışmazlığını, ürək qapağı xəstəliklərini və ritm pozuntularını müəyyən edə bilir.

Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur

Azərbaycanca, 9 сентября 2025 02:44 (UTC +04:00) 453
Süni intellektlə işləyən stetoskop 15 saniyədə ürək xəstəliklərinə diaqnoz qoyur

Londonda alimlər süni intellektlə işləyən yeni stetoskop hazırlayıblar. Bu cihaz cəmi 15 saniyəyə ürək çatışmazlığını, ürək qapağı xəstəliklərini və ritm pozuntularını müəyyən edə bilir.

Day.Az valyuta.az-a istinadən xəbər verir ki, ənənəvi stetoskopdan fərqli olaraq, yeni cihaz həm ürək döyüntülərini, həm də qan axınını analiz edir və sürətli EKQ çəkir. Toplanan məlumat süni intellekt tərəfindən yoxlanılır və nəticə dərhal həkimin telefonuna göndərilir.

Sınaqlar zamanı cihazdan istifadə olunan xəstələrdə ürək xəstəlikləri adi müayinələrlə müqayisədə 2-3 dəfə daha çox aşkar olunub.

Ətraflı

Mütəxəssislər bildirir ki, bu texnologiya ürək xəstəliklərinin daha erkən aşkar edilməsinə kömək edəcək və insanların vaxtında müalicə almasına imkan yaradacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости