“Qarabağ” – “Kopenhagen” oyununa bilet satışı zamanı yaranan problem aradan qaldırılıb? - AÇIQLAMA

"Qarabağ" - "Kopenhagen" oyununun biletlərinə azarkeşlərimizin göstərdiyi böyük marağa görə satışın ilk saatlarında həm veb, həm də mobil tətbiq üzərindən yaranan problem qısa müddət ərzində aradan qaldırılıb.
Day.Az xəbər verir kii, bu fikirləri Trend-ə açıqlamasında "Qarabağ" futbol klubunun marketinq və komunikasiya departamentinin rəhbəri Anar Hacıyev deyib.
O bildirib ki, satış zamanı müəyyən sıxlıq yaşanıb. Qısa müddət ərzində problem aradan qaldırılıb və iTicket.az sistemi tam funksional şəkildə fəaliyyətini davam etdirib.
"Bildiririk ki, bilet satışı yalnız iTicket.az platforması üzərindən həyata keçirilir və bütün azarkeşlərimiz eyni qaydada sistemdən yararlanırlar. Növbə sistemi tətbiq edilərək ədalətli şəkildə satış prosesi təmin olunub. Azarkeşlərimizin yüksək marağını yüksək qiymətləndirir və hər birinə dəstəyinə görə təşəkkür edirik".
Qeyd edək ki, oktyabr ayının 1- i saat 20:45-də start götürəcək "Qarabağ" - "Kopenhagen" matçının biletləri yalnız iTicket.az-ın mobil tətbiqi üzərindən əldə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре