https://news.day.az/azerinews/1783591.html
Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib - FOTO
AZCON Holdinq şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə-Mingəçevir-Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib. Bu barədə Day.Az-a ADY-dən məlumat verilib. Səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib.
Gəncə–Mingəçevir–Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib - FOTO

AZCON Holdinq şirkətlərindən olan Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin yeni Gəncə-Mingəçevir-Ağstafa marşrutu ilə rəmzi səfər təşkil edilib.
Bu barədə Day.Az-a ADY-dən məlumat verilib.
Səfər çərçivəsində Mingəçevir şəhər rəhbərliyi, millət vəkilləri və media nümayəndələrinin iştirakı ilə Mingəçevir stansiyasında tədbir keçirilib.
Bildirilib ki, 28 sentyabrdan başlayaraq müasir elektrik qatarları ilə bu marşrut üzrə ilk dəfə olaraq regiondaxili sərnişindaşıma xidmətinə başlanacaq.
Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə Mingəçevir şəhəri və qərb regionu arasında rahat və təhlükəsiz səyahət imkanları təqdim olunacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре