https://news.day.az/azerinews/1826403.html Azərbaycan XİN BƏƏ səfirliyinə hücumu pisləyib Azərbaycan Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının Dəməşq şəhərində Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə bir qrup etirazçı tərəfindən edilən son hücumu qətiyyətlə pisləyib. Day.Az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Azərbaycan XİN BƏƏ səfirliyinə hücumu pisləyib

Azərbaycanca, 7 апреля 2026 14:01 (UTC +04:00) 318
Azərbaycan XİN BƏƏ səfirliyinə hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının Dəməşq şəhərində Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə bir qrup etirazçı tərəfindən edilən son hücumu qətiyyətlə pisləyib.

Day.Az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, diplomatik nümayəndəliklərə qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir:

"Diplomatik heyətin və binaların təhlükəsizliyini təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Suriya hakimiyyət orqanlarının yaydığı bəyanatı və günahkarların qanun qarşısında cavab verməsini təmin etmək üçün bütün zəruri tədbirləri görmək öhdəliyini alqışlayırıq".

Xəbər yenilənəcək

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости