https://news.day.az/azerinews/1826803.html Hövsanda 1,5 kilometrlik yolda 25-ə yaxın çuxur yarandı - VİDEO Hövsan qəsəbəsində yerləşən avtomobil yolunda yağıntılardan sonra çoxsaylı çuxurlar yaranıb. Day.Az xəbər verir ki, bu barədə jurnalist Tural Yusifov sosial şəbəkə hesabında video paylaşıb.

Hövsanda 1,5 kilometrlik yolda 25-ə yaxın çuxur yarandı - VİDEO

Azərbaycanca, 9 апреля 2026 11:58 (UTC +04:00) 289
Hövsanda 1,5 kilometrlik yolda 25-ə yaxın çuxur yarandı

Hövsan qəsəbəsində yerləşən avtomobil yolunda yağıntılardan sonra çoxsaylı çuxurlar yaranıb.

Day.Az xəbər verir ki, bu barədə jurnalist Tural Yusifov sosial şəbəkə hesabında video paylaşıb.

O bildirib ki, "MİDA yolu" kimi tanınan ərazidən Aeroport şosesi istiqamətində hərəkət zamanı yolun cəmi 1,5 kilometrlik hissəsində 25-ə yaxın çuxur müşahidə olunur.

 

Jurnalistin sözlərinə görə, yol örtüyünün bu vəziyyəti ciddi narahatlıq doğurur:

"Bu yol cəmi 1,5 kilometrdir. Bu qısa məsafədə 25-ə yaxın çala yaranıb. Göydən nə yağır ki, asfalt bu vəziyyətə düşür? Üstəlik, yolda aparılan yama işlərində də standartlara əməl olunmayıb".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости