Rezidenturaya ərizə qəbulu bu gün başa çatır - Neçə nəfər qeydiyyatdan keçib?
Rezidentura imtahanı üçün aprelin 13-dən başlayan sənəd qəbulu bu gün 23:59-da yekunlaşacaq.
Day.Az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan üçün hazırda 2179 nəfər qeydiyyatdan keçib. Onlardan 1695 nəfəri Azərbaycan bölməsi, 484 nəfəri isə rus bölməsi üzrə qeydiyyatını tamamlayıb.
İmtahanda iştirak etmək istəyənlər "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 20 aprel saat 23:59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurub təsdiq etməlidir.
Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının I cəhdi 2026-cı il mayın 3‑də keçiriləcək.
Qeyd edək ki, rezidentura imtahanı ödənişlidir. İmtahan üçün ödəniz qiyməti 60 manatdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре